"Sabaha açılan nurlu yol" adlı tədbir keçirilib
12 dekabr 2024-cü il tarixdə liseyin akt zalında türk dünyasının Ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin anım gününə həsr olnmuş silsilə tədbirlər keçirilib.
İlk dərslər Ulu Öndər Heydər Əliyevın həyat və fəaliyyətinə həsr edilib, şagirdlərə H.Əliyevin Azərbaycan xalqı qarşısındakı böyük xidmətlərindən bəhs olunub. "Dahi şəxsiyyət" adlı video- çarx nümayiş edilib. Tədbirdə liseyin pedoqoji kollektivi, şagirdlər və valideynlər iştirak ediblər.
Tədbirdə ilk olaraq, Azərbycan Respublikasının Dövlət Himni səslənib, sonra Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükütla yad edilib. Daha sonra səhnə beşincilərin ixtiyarına verilib. Şagirdlər H.Əliyevin ömür yoluna nəzər salaraq maraqlı məlumatlar təqdim ediblər. Onlar Ulu Öndərə həsr olunmuş şeirlər, mahnı və video süjetlər təqdim ediblər.
Tədbirin bədii hissəsi "Heydər babanın nəvələriyik" mahnısı ilə sona çatıb.
Sonra tədbirdə iştirak edən müəllimlər bu dahi şəxsiyyətlə bağlı dəyərli fikirlər söyləyiblər.
Təşkilat saatlarında "Bizim Heydər babamız" mövzusunda sohbətlər aparılıb. UBTR-i Ətlaz Zeynalovanın təşkilatçılığı ilə 5ç sinfində "Sabaha açılan nurlu yol" adlı tədbir keçirilib.
Tədbirin rəsmi hissəsi Ümummilli lider Heydər Əliyevin xatirə guşəsi önündə davam etdirilib.
Guşənin önündə liseyin Məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı, filologiya elmləri üzrə fəlsəfə doktoru Zeynəb Qasımova çıxış edərək gənc nəslə öz tövsiyələrini verib. Heydər Əliyevin uşaqlara olan sevgisindən, onun millət, vətən yolundakı xidmətlərini bir daha şagirdlərin nəzərinə çatdırıb.
Guşənun önündə "Mənə bir şəxs göstərin" şeiri səslənib.
Tədbirin rəsmi hisəssəsi Ulu Öndər Heydər Əliyevin "Mən fəxr edirəm ki, Azərbaycanlıyam!" sözləri ilə sona çatıb.