Uşaq hüquqları aylığı çərçivəsində qrup testləri keçirilib

Fəaliyyət planına uyğun olaraq uşaq hüquqları aylığı çərçivəsində 291 nömrəli Ekologiya liseyinin psixoloqu Cəfərzadə İradə tərəfindən 5-8 –ci sinif şagirdləri ilə silsilə qrup söhbətləri və psixi sağlamlığın tədqiqi üçün qrup testləri keçirilib.
Qrup söhbətləri zamanı şagirdlərə hüquq və vəzifələr haqqında ətraflı məlumat verilib və şagirdlərin nə dərəcədə məlumatlı olmaları ilə bağlı diskusssiya aparılıb və onların sualları cavablandırılıb.
Eyni zamanda psixi sağlamlığın tədqiqi üçün qrup testləri keçirilib. Keçirilən testlərə “Mandala “,”Frustrasiya yaradan sözlər “və “Hisslərin sehirli dünyası” kimi testlər daxildir.