"Xəyallarda uçmaq"  kitabının müəllifləri ilə görüş keçirilib

    Bu gün 6b sinif şagirdləri olan "Xəyallarda uçmaq" kitabının müəllifləri ilə görüş təşkil olunub. Kitabın müəllifləri Ləman Mahmudzadə, Aysu Əhədova, Sevinc Fərəcli, Zəhra Vahidova, Aybəniz Oruczadə ilə ilk olaraq liseyin kitabxanasında təqdimat keçirilib

    Bu balaca yazarlar böyük həvəslə öz xəyallarından, bu hekayədə qarşılarına qoyduqları arzulardan danışıblar. Müəlliflər qeyd ediblər ki, biz hekayədə qurduğumuz xəyalların ardınca gedərkən gücün birlikdə olduğunu görüblər. Hətta onların xəyallarındakı pərilər də sanki oxucunu birliyə səsləyir. Hekayədə pis qüvvələrə qarşı mübarızə aparılıb.
    Sonda yaxşı və xeyirxah əməllərin sahibi olan pərilər qara qüvvələrə qalib gəlir.
    Maraqlı budur ki, balaca yazarlarımız artıq növbəti hekayə üzərində işləyirlər.  Qələminiz daima iti və kəskun olsun! 

    Biz də lisey olaraq onlara uğurlar arzulayırıq!
    

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi