"Gənclərin Daxili İşlər Nazirliyi Sistemində təhsilə və xidmətə təşviq edilməsi" mövzusunda tədbir keçirilib

    Daxili İşlər Nazirliyinin Polis Akademiyasının əməkdaşları liseyimizin IX-X-XI sinif şagirdləri ilə "Gənclərin Daxili İşlər Nazirliyi Sistemində təhsilə və xidmətə təşviq edilməsi" mövzusunda tədbir keçirib.

    Tədbirin keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərimizin təhsilə təşviq edilməsi, sağlam həyat tərzinin təbliği, eləcə də onlarda vətənpərvərlik hissinin daha da yüksəldilməsi olub.

    Ali təhsil almaq arzusunda olan abituriyentlərə Polis Akademiyası barədə ətraflı məlumat verilib.

    Akademiyaya kursant qəbulu qaydaları ilə bağlı abituriyentlərin suallarını cavablandırılıb, akademiyada gənclərimizin hərtərəfli inkişafı üçün yaradılan müasir şərait, zəngin kitabxanalar, xarici dil kursları, laboratoriyalar, yataqxanalar və asudə vaxtlarının səmərəli təşkili məqsədilə görülən işlərdən danışılıb.

    Sonda Polis Akademiyasındakı tədris prosesinə, kursantların hazırlığına həsr edilmiş videoçarx nümayiş olunub.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi