“Saqqalı uşaq” hekayəsini müzakirə ediblər

    Liseyin Azərbaycan dili və ədəbiyyat  müəllimi Əzimə Bayramova, tarix müəllimi Arzu Bayramova, kitabxana müdiri Sevinc Abbasova  VI a sinif şagirdlərinin iştirakı ilə görkəmli Azərbaycan dramaturqu, ədəbiyyatımızda tənqidi – realizmin banisi, publisist Cəlil  Məmmədquluzadənin “Saqqalı uşaq” hekayəsini müzakirə ediblər. Müzakirədən öncə fənn müəllimi  Əzimə Bayramova çıxış edərək bildirib ki, ədəbi əsərin müzakirəsi böyük yazıçının 155 – ci ildönümünə təsadüf edir. Ədibin çoxşaxəli yaradıcılığı haqqında ətraflı məlumat verən Əzimə Bayramova qeyd edib ki, C.Məmmədquluzadə həm də ədəbiyyatımızda kiçik hekayənin böyük ustadı kimi tanınır. 

     Sonra şagirdlər “Saqqalı uşaq” hekayəsini məzmun, ideya – bədii xüsusiyyətləri baxımından təhlil ediblər. Əsərin ən maraqlı epizodlarından bir hissəsi səhnələşdirilərək dinləyicilərə təqdim olunub. Məktəblilərin ədəbiyyata marağının artırılması və mütaliəyə həvəs yaradılması istiqamətində əsərin müzakirəsi xüsusi əhəmiyyət daşıyır.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi