Bakı Zooloji parkına ekskursiya təşkil edilib

    Liseyin 5b sinif şagirdləri sinif rəhbərləri Nərgiz Əkbərova, "Bal arıları" dərnəyinin rəhbəri Mətanət Qasımova ilə birlikdə Bakı Zooloji parkına ekskursiyaya gediblər.

    Şagirdlər parkdakı heyvanlar haqqında geniş məlumat əldə ediblər. Bu park dünyada mövcud olan parklar səviyyəsində yaradılıb. Çox geniş əraziyə malik olan parkda təbii mühitin qorunmasına xüsusi diqqət yetirilir. Nadir heyvanların qorunması, qidalanması, saxlanılması hər növün öz ehtiyacları nəzərə alınaraq hazırlanıb. Bu isə şagirdlərin dərsliklərdə qiyabi şəkildə öyrəndiklərini burada əyani olaraq görmək təcrübə etmək imkanı yaradır.

    Azərbaycanın nadir faunası haqqında məlumat əldə edilə biləcək, eyni zamanda Azərbaycanın “Qırmızı kitab”ına daxil olan növlərin təbii şəraitdə qorunması, artırılması haqqında da kifayət qədər məlumat əldə edə bilərlər. Şagirdlərin Zooloji parka ekskursiyası onların bilik və bacarıqlarının təkmilləşdirilməsində mühüm rol oynaya bilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi