Azərbaycan Respublikasının Konstitusiya günü münasibəti ilə dərs keçirilib
Liseyin tarix müəllimi Ziyafət Nəcəfova 9с sinfində Azərbaycan Respublikasının Konstitusiya günü münasibəti ilə dərs keçirib. Dərs zamanı uşaqlar ölkəmizin əsas qanunu ilə tanış olub, Azərbaycan Respublikasının Konstitusiyasının tarixi, əsas hüquq və vəzifələri, habelə Azərbaycan Respublikasının dövlət rəmzləri ilə tanış olublar.
Liseyin tarix müəllimləri siniflərdə çıxış edərək, demokratik dövlət və cəmiyyət quruculuğu baxımından böyük əhəmiyyət kəsb edən, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu ilk Milli Konstitusiyamızın qəbul olunması tarixindən danışıblar,onun yaranmasını şərtləndirən tarixi səbəblərdən söz açıblar. 1995-ci il noyabrın 12-də Azərbaycan Respublikasının Konstitusiyasının referendum yolu ilə qəbul olunduğunu qeyd edən müəllimlər çıxışlarında ali qanunvericilik sənədinin dövlətimizin inkişafında oynadığı mühüm roldan, həmçinin Konstitusiyaya edilən əlavə və dəyişikliklərdən söz açıblar.
Liseydə həmçinin şagirdlər tərəfindən hazırlanmış divar qəzetləri də nümayiş etdirilib.