"Dünyəvi dövlətdə multikultural və tolerant dəyərlərin vəhdəti" adlı tədbir

Martın 7-də Azərbaycan Respublikası Prezidentinin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması barədə Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə imzalanmış “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq, Nərimanov rayonunda yerləşən 291 nömrəli Ekologiya Liseyində maarifləndirici tədbir keçirilib.“Dünyəvi dövlətdə multikultural və tolerant dəyərlərin vəhdəti” mövzusunda keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Hatəm Gülməmmədov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin təhsildənkənar fəaliyyətin təşkili sektorunun aparıcı məsləhətçisi Rövşən Əliyev, Nərimanov Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Toğrul Əliyev, Liseyin direktoru Kəmalə Mirzoyeva, müəllim və şagirdlər iştirak ediblər.Tədbiri giriş sözü ilə açan direktor K.Mirzoyeva dini maarifləndirmə sahəsində görülən tədbirlərin və şagirdlərlə bu istiqamətdə mütəmadi görüşlərin əhəmiyyətini qeyd edib.DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin məsləhətçisi H.Gülməmmədov “İslam həmrəyliyi ili”nin “Multikulturalizm ili”nin məntiqi davamı olduğunu, Azərbaycanın tolerantlıq və multikulturalizm modellərinin dünyaya uğurla təqdim olunduğunu və dini tolerantlığın həyat tərzinə çevrildiyi ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin qarşılıqlı hörmət şəraitində yaşamasının tarixi ənənələrin və məqsədyönlü dövlət siyasətinin göstəricisi olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb.“Fitnə” sənədli filminin təqdimatından sonra çıxış edən Bakı şəhəri üzrə Təhsil İdarəsinin təhsildənkənar fəaliyyətin təşkili sektorunun aparıcı məsləhətçisi R.Əliyev yeniyetmə və gənclərimizin milli-mənəvi dəyərlərə sadiq olmasında müəllim və valideynlərin üzərinə böyük məsuliyyət və öhdəliyin düşdüyünü qeyd edib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi