COP 29-la əlaqədar tədbir keçirilib
Liseyin biologiya müəllimi İradə Zöhrabova tərəfindən 7c, 8c, 9a, 9c, 10b siniflərində keçirilən dəyirmi masa tədbirində COP 29-un əhəmiyyəti geniş müzakirə olunub.
Tədbirdə şagirdlərə bu beynəlxalq konfransın ətraf mühitin qorunmasına və iqlim dəyişikliklərinə qarşı mübarizədəki rolu haqqında məlumat verilib. "Yaşıl dünya naminə" mövzusunda təbiəti necə qorumaq barədə videoçarxlar hazırlanaraq nümayiş edilib. 9a sinfinin şagirdləri Məryəm Bədəlova və Həmzə Məlikov rəsm əsərləri ilə tədbirə qatılaraq mövzuya daha da rəngarənglik qatıblar.
Belə tədbirlər şagirdlərin iqlim dəyişikliyi və ətraf mühitin qorunması mövzusunda daha dərindən düşünməklərini və bu cür mövzulara fərdi yanaşmalarını inkişaf etdirmələrini təmin etdirir.
Tədbirin əsas məqsədi gənc nəsillərin ekoloji məsələlərə həssaslığını artırmaq və onları daha yaxşı bir gələcək naminə təbiətə qayğı göstərməyə təşviq etdirməkdir.