7a və 9a sinif şagirdləri Milli Azərbaycan Tarixi Muzeyində ekskursiyada olublar

    Liseyinin biologiya müəllimi İradə Zöhrabova 7a və 9a sinif şagirdləri ilə birgə Milli Azərbaycan Tarixi Muzeyinə ekskursiya təşkil ediblər.

    Ekskursiyanın əsas məqsədi məktəblilərin asudə vaxtını səmərəli təşkili, həmçinin onların dünyagörüşünün inkişaf etdirilməsi, Azərbaycanın qədim tarixi, mədəni irsi, milli-mənəvi dəyərləri haqqında bilik səviyyəsini yüksəldilməsi, məktəbliləri muzey ekspozisiyaları və sərgiləri ilə tanış etməkdən ibarətdir.

    Bələdçilər məktəbliləri muzeyin ekspozisiyası, burada nümayiş etdirilən Azərbaycanın keçmişindən bu günümüzə qədər olan dövrü özündə əks etdirən müxtəlif arxeoloji və etnoqrafik materiallar və eksponatlarla tanış edib, onların suallarını cavablandırıblar.

    Ekskursiya zamanı məktəblilərə Azərbaycanın Vətən müharibəsindəki qələbəsinə həsr edilən ekspozisiyadakı sənədlər, şəhidlərin şəxsi əşyaları, müxtəlif hərbi atributlar nümayiş etdirilib. 

    Şagirdlər ekskursiyadan xoş təəssüratlarla ayrılıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi