"Zərərli vərdişlərə yox deyək!" adlı görüş keçirilib

   Liseyin akt zalında Nərimanov Polis İdarəsinin əməkdaşları liseyimizin şagirdləri ilə görüş keçiriblər.

   Nərimanov rayon Polis İdarəsinin rəisi - polkovnik Vaqif Müslümov, polis polkovniki Vəli Abbasov, RPİ-nin Veteranlar Şurasının sədri Ramiz Məmmədov, RPİ-nin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili polis leytenantı Rasim Abbaslı ''Narkomaniya Ümumbəşəri bəladır'' mövzusunda maarifləndirici nitq söyləyiblər.

   Daha sonra videoçarx izlənilib və bu məsələni gündəmə gətirməklə, xüsusən yeniyetmələrin bu bəladan uzaq durmaları tövsiyyə olunub. 

   Sonda şagirdlərlə zərərli vərdişlər və onlardan uzaqlaşmağın əhəmiyyəti və bu istiqamətdə digər məsələlərlə bağlı fikir mübadiləsi apardılar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi