"Gənc hüququ müdafiəçiləri" müsabiqəsinə start verilib
BŞTİ tərəfindən "Gənc hüququ müdafiəçiləri" müsabiqəsinə start verilib. Liseyimizin X sinif şagirdi Müjgan Bəşirzadə də müsabiqənin iştirakçılarındandır. Müsabiqə gənc nəslin qanuna hörmət ruhunda formalaşdırılması, vətəndaş cəmiyyətinin əsaslarının möhkəmləndirilməsinə, hüquqi savadlılığın artmasına töhvə verilməsi məqsədilə keçirilir.
BŞTİ-nin Avropa Hüquqşünas Tələbələr Assosiasiyası-Bakı İctimai Birliyi (“ELSA Azərbaycan”) və “Femida Könüllüləri” Təşkilatı İctimai Birliyi ilə də əməkdaşlıq edilir.