10b sinif şagirdləri Milli Azərbaycan Tarixi Muzeyinə ekskursiya təşkil ediblər
Şagirdlərin asudə vaxtlarını səmərəli keçirmək və milli-mədəni irsimizi dərindən öyrənmək məqsədilə Azərbaycan dili və ədəbiyyat müəllimi Cəmilə Budaqovanın rəhbəri olduğu 10b sinif şagirdləri ilə birgə Milli Azərbaycan Tarixi Muzeyinə ekskursiya təşkil edilib.
Milli Azərbaycan Tarixi Muzeyi vaxtilə Azərbaycan milyonçusu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin evi olub. Muzey ekspozisiyası tarixi binanın iki mərtəbəsini əhatələyir. Tələbələr üçün xüsusi ayrılmış bələdçi onları Azərbaycanda ən qədim zamanlardan müasir dövrümüzə qədər olan arxeoloji-tarixi eksponatlarla tanış edib, hər birinin tarixi haqqında geniş məlumat verib. Muzeyin 2-ci mərtəbəsində olan eksponatlar isə əsasən xanlıqlar dövründən XXI əsrə qədər olan prosesləri əhatə edir. Azərbaycanın azadlığı uğrunda aparılan mübarizələr, çıxışlar eyni zamanda mədəniyyət, milli geyimlər, neftin inkişafı haqqında məlumatlar burada yer alır. Ekskursiya zamanı şagirdlərə muzeyin tarixi və fəaliyyəti istiqamətləri barədə ətraflı məlumat verilib. Şagirdlər H.Z.Tagıyevin ev muzeyi ilə yaxından tanış olub, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Milli Azərbaycan Tarixi Muzeyi vaxtilə Azərbaycan milyonçusu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin evi olub. Muzey ekspozisiyası tarixi binanın iki mərtəbəsini əhatələyir. Tələbələr üçün xüsusi ayrılmış bələdçi onları Azərbaycanda ən qədim zamanlardan müasir dövrümüzə qədər olan arxeoloji-tarixi eksponatlarla tanış edib, hər birinin tarixi haqqında geniş məlumat verib. Muzeyin 2-ci mərtəbəsində olan eksponatlar isə əsasən xanlıqlar dövründən XXI əsrə qədər olan prosesləri əhatə edir. Azərbaycanın azadlığı uğrunda aparılan mübarizələr, çıxışlar eyni zamanda mədəniyyət, milli geyimlər, neftin inkişafı haqqında məlumatlar burada yer alır.
Ekskursiya şagirdlər tərəfindən maraqla qarşılanıb və xatirə şəkilləri ilə yekunlaşıb.