"Cinsi yolla ötürülən infeksiyalar( QiÇS, Hepatit B, C, zöhrəvi xəstəliklər və s.” mövzusunda seminar keçiriib
04 noyabr 2024-cü il tarixdə məktəbdə yeniyetmələr arasında “Cinsi yolla ötürülən infeksiyalar ( QiÇS, Hepatit B, C, zöhrəvi xəstəliklər və s.” mövzusunda seminar keçirilib. Seminarda 10-cu sinif şagirdləri iştirak ediblər.
Belə xəstəliklərə Cinsi yolla keçən xəstəliklər və ya veneroloji xəstəliklər də adlandırılır. Bilinən 20-yə yaxın cinsi yolla keçən infeksiyalar vardır. Bu infeksiyaların bir çoxu müalicə oluna bilir.
Cinsi yolla keçən infeksiyalar aşağıdakılardır:
1) bakteriya mənşəli cinsi infeksiyalar- xlamidioz, trixomoniaz, sifilis, qonoreya və s.
2) virus mənşəli infeksiyalar- HİV, son mərhələsi- QİÇS, Hepatit B, C, genital herpes, papillomavirus və s.
3) göbələk infeksiyaları – kandidoz.
Cinsi yolla yoluxan xəstəlik əlamətləri xəstəliyə bağlı olaraq dəyişir. Bəzi xəstəliklərdə simptomlar bir neçə gün və ya bir neçə həftə içərisində yarana bilir, lakin bəzən aylar, hətta illər sonra belə ortaya çıxan xəstəlik əlamətləri də vardır. Bəzi insanlar isə çox yüngül və ya heç bir əlamət göstərmədikləri üçün özlərinin cinsi yolla yoluxan bir xəstəlik daşıdığını bilməzlər. Fərqli xəstəliklərdə fərqli əlamətlər müşahidə edilsə də ümumi olaraq cinsi yolla yoluxan xəstəliklərin əlamətləri aşağıdakı kimi sıralana bilər: sidiyə çıxarkən və ya cinsi əlaqə zamanı ağrı, alt qarın nahiyyəsində ağrı, bəzi hallarda qızdırma və halsızlıq, bəzi xəstəliklərdə xəstəliklərə xas cild yaraları, genital orqanlarda müşahidə edilən lezyon və yaralar, genital orqanlardan gələn fərqli qoxulu və rəngli axıntılar və s.
Cinsi yolla yoluxan xəstəlik riskinin qarşısının alınmasının və azaldılmasının bir neçə yolu vardır. Peyvənd etdirmək, Cinsi əlaqədən öncə peyvənd etdirmək müəyyən cinsi yolla yoluxan xəstəliklərin qarşısını almaqda təsirlidir. Bu xəstəliklərə nümunə olaraq Hepatit B, HPV göstərmək mümkündür. spirtli içki qəbul etməmək və narkotik maddə istifadə etməmək Hər hansı bir narkotik maddənin təsiri altında olmaq cinsi əlaqə öncəsində doğru qərarlar vermənizə mane ola bilər. Bu səbəblə bu əlaqələr cinsi yolla yoluxan xəstəlik ehtimalını artırır.
Bakteriyaların səbəb olduğu cinsi yolla yoluxan xəstəliklərin müalicəsi ümumilikdə daha asandır. Viral infeksiyaların bəziləri müalicə edilə bilər, lakin hər viral xəstəliyin müalicəsi yoxdur. Təlim zamanı yeniyetmələrə cinsi yolla yoluxan xəstəliklərin fəsadları və qorunma üsulları haqqında ətraflı məlumat verilib, uşaqları maraqlandıran suallar cavablandırılıb.