"Eko-səyahətlər" adlı ekoloji-maarifləndirici aksiya çərçivəsində Azərbaycan Milli Xalça Muzeyinə ekskursiya təşkil olunub

    Elm və Təhsil Nazirliyi, "EkoSfera" Ekoloji-Sosial Mərkəz İctimai Birliyinin təşkilatçılığı, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşlığı ilə "Yaşıl Şəbəkə" ekoloji-maarifləndirmə proqramı çərçivəsində məktəblərdə iqlim dəyişikliyi və ətraf mühit mövzularında şagirdlərin bilik və bacarıqlarını artırmağı hədəfləyən "Eko-səyahətlər" adlı ekoloji-maarifləndirici aksiya ilə əlaqədar olaraq məktəblilərin Azərbaycan Milli Xalça Muzeyinə ekskursiya təşkil olunub. Liseyin 5ç sinif şagirdləri olan Zümrüd Əhmədova, Leyla Qənbərli və Həcər Seyidzadə "Gənc turist" dərnəyinin rəhbəri Xəyalə Hüseynovanın təşkilatçılığı ilə Azərbaycan Milli Xalça Muzeyinə ekskursiyaa ediblər.

    Şagirdlərimiz üçün çox yaddaqalan bu ekskursiyada hər birinin bir sirli dünyası, maraqlı tarixi olan xalçaların ilmələrində nəbati və həndəsi naxışlar haqqında həm muzeyin əməkdaşı, həm də rəhbərləri çox ətraflı məlumatlar verib. Şagirdlər xalçalar üzərində işlənmiş həndəsi fiqurlarla tanış olaraq onların bir-birini necə əvəzlənməsini öyrəniblər.

    Sonra şagirdlər ustad dərslərində iştirak edərək, bir qismi açıqcalar hazırlayıb, bəziləri xananın arxasında əyləşib xalı toxumağın sirlərinə bələd olublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi