"Yaşıl dünya naminə həmrəylik ili " COP 29 naminə geniş tədbir keçirilib
30 oktyabr 2024-cü il tarixdə liseyimizdə "Yaşıl dünya naminə həmrəylik ili " COP 29 naminə geniş tədbir keçirilib.
Tədbir liseyimizin biologiya müəllimi Sədaqət Əliyevanın rəhbərliyi ilə 6a, 6b, 6ç və 7b sinif şagirdlərinin iştirakı ilə çox böyük maraqla təqdim olunub.
Şagirdlər ilk olaraq videoçarxı izləyib, COP 29 haqqında geniş məlumat verib, sonra loqonun təqdimatını ediblər. İşçi vərəqələri paylandı və loqonun mənası şagirdlər tərəfindən izah olundu.7 ci siniflərin təqdimatında COP-un cari günlük iş rejimi sadalanıb. Digər maraqlı hissədə 6-cı siniflərin təqdimatında "Mənim yaşıl dünyam" adlı rəsm şəkilləri rənglənib. Şagirdlər yaşıl aləmi necə görmək istədiklərini şəkillərdə təcəssüm etdiriblər. Çəkdikləri əl işləri hamı tərəfindən alqışla qarşılanıb. 6-cı siniflərin təqdimatında sinif otaqları üçün dibçəklərə güllər əkilib. Əkdikləri gülləri öz sinif otaqlarında yerləşdiriblər.
Tədbirin aparıcısı: "Mən bir şagird olaraq təbiətimizi qorumaq üçün nə edərdim?" sualı ilə auditoriyaya müraciət edib. Şagirdlər çox maraqlı cavablarla çıxış ediblər. Yaşıl dünyamızı qoruyaq devizi altında bütün tədbir iştirakçıları yaşıl rəngli şarlarla canlı bir dünya yaradıblar.
Uşaqlar tədbirdən sevinc hissləri ilə ayrılıbar, çünki onlar görmək istədikləri gözəl, yaşıl dünyanı yaradıblar.