Heydər Əliyev Mərkəzinə ekskursiya edilib

29 oktyabr 2024-cü il tarixdə 10ç sinfinin şagirdləri sinif rəhbərləri Arzu Məmmədovanın təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin zəngin irsi ilə yaxından tanış̧ olmaq imkanı yaradan ekskursiyalar çərçivəsində məktəblilər Heydər Əliyev Mərkəzinə səfər ediblər.
Ekskursiya zamanı iştirakçılar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək, ulu öndərin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər. Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən iştirakçılara Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şərəfli ömür yolu, zəngin dövlətçilik irsi, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətlərini özündə əks etdirən eksponat və fotostendlər haqqında ətraflı məlumat verilib.
Sonra məktəblilər Mərkəzdə nümayiş etdirilən sərgilərlə tanış olublar, ümummilli liderdən bəhs edən filmə baxıblar.