Şagirdlər Xalq Təhsili Muzeyini ziyarət ediblər
17oktyabr 2024-cü il tarixdə 9b sinif şagirdləri sinif rəhbərləri Sədaqət Əliyeva ilə birlikdə Xalq Təhsili Muzeyini ziyarət ediblər. Muzeydə şagirdlər çox maraqlı tarixi faktlarla məlumatlandırılıblar. İlk əlifbamızın tarixi, onun yaradıcıları, ilk məktəblər, orada bu təməlləri qoyan fədakar cəsur müəllimlər, ilk yazılan tarixi quranımız, ilk məktəbli geyimləri haqqında məlumat verilib.
Tarixə nəzər salanda həqiqətən də hər bir yeni yaranan hər bir işin əsasında təhsil, müdriklik, haqq-ədalət prinsiplərinə dayandığını görürük.
Muzeydə çox maraqlı əl işləri, eksponatlar, yeni dövrün müasirliyi ilə əlaqə çox maraq doğururub. Uşaqlar muzeyi çox həvəslə gəzir və bələdçinin hər sözü onlarda maraq oyadıb.
Şagirdlər çox gözəl təsuratlarla oradan ayrılıblar.Sonda muzeyin işçilərinə təşəkkürlərini muzey kitabçasına yazaraq minnətdarlıqlarını bildiriblər.