Reproduktiv sağlamlıq nədir ?

    Reproduktiv sağlamlıq dedikdə,əsasən sağlam nəsil nəzərdə tutulur. Başqa sözlə desək, reproduktiv sistem, onun funksiya və proseslərinə aid olan bütün məsələlər daxil olmaqla insanın tam fiziki,əqli və sosial rifah halı deməkdir.

    Bu təkcə reproduktiv sistemlə onun funksiyası və problemləri ilə bağlı xəstəliklərin olmaması demək deyil. Reproduktiv sağlamlıq nəsil artımı qabiliyyətinin olması və azad seçim deməkdir. Yəni hər bir gənc ailədə, qadın istədiyi sayda uşaq dünyaya gətirə bilər.

    Liseyin biologiya müəllimi Sədaqət Əliyeva və liseyin həkimi Leyla Nuriyeva IX sinif şagirdlərinə yeniyetməlik dövrünün xüsusiyyətləri, ailə planlaşdırılması, şəxsi gigiyena qaydaları və s.barədə ətraflı məlumat verməklə yanaşı, repreduktiv sağlamlığın insan üçün fiziki, mənəvi və sosial rifah vəziyyəti olduğunu, insan təkmilləşdikcə reprodukdiv sağlamlığın da inkişaf etməsini qeyd edib. Bu sağlamlığın təməlinin yeniyetməlik dövründə yaranmasını və bütün həyat boyu qorunub-saxlanmasını xüsusilə vurğulayıb. Məqsəd şagirdlər arasında yeniyetməlik dövründə olan gənc nəslin sağlam tərbiyəsi istiqamətində maarifləndirmə  işlərinin aparılması idi.

    İnsan təbiətin məhsuludur.İnsan təkmilləşdikcə inkişaf edir, sağlamlığı, ilk növbədə reproduktivliyi, nəsil artırma qabiliyyəti yaxşılaşır və formalaşır. Bu sağlamlığın təməli yeniyetmə dövründə qorunub saxlanır.

    Tədbirin məqsədi gənc nəslin sağlam böyüməsi, onların zərərli vərdişlərdən qorunması, habelə gələcəkdə sağlam ailə qurması üçün uşaq və yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işlərini genişləndirməkdən ibarətdir.

    Tədbir zamanı reproduktiv sağlamlıq üzrə şagirdlərə geniş məlumatlar verilib, onlara sanitar-gigiyenik qaydalara əməl etmək və hər cür zərərli vərdişlərdən uzaq olmaq tövsiyə olunub.     Bildirilib ki, gələcək nəslin sağlam böyüməsi cəmiyyətimizin ən mühüm  məsələsidir.

    Tədbirin sonunda videoçarx nümayiş etdirilib və şagirdlərin sualları cavablandırılıb.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi