Expo Mərkəzdə X beynəlxalq kitab sərgisinə eskursiya ediblər
08 oktyabr 2024-cü il tarixdə liseyimizin 6a sinif şagirdləri sinif rəhbərləri Arzu Bayramovanın təşkilatçılığı ilə Expo Mərkəzdə X beynəlxalq kitab sərgisinə eskursiya ediblər.Şagirdlər sərgidə müxtəlif üslubda yazılan kitablarla tanış olublar.
Sərgiyə olan maraqlarını onların üzlərindən görmək olurdu.Uşaqlar böyük həvəslə seçdikləri kitabları müəllim və valideynlərinə göstərirdilər.Hətta seçdikləri kitabları sərgidə oxuyanlar belə var idi.