6a sinif şagirdləri X Bakı Beynəlxalq Kitab Sərgisində iştirak ediblər

04 oktyabrın 2024-cü il tarixdə 6a sinif şagirdləri və sinif rəhbərləri Arzu Bayramova Elm və Təhsil Nazirliyi tərəfindən dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunan X Bakı Beynəlxalq Kitab Sərgisində iştirak ediblər.
Sərgidə 4 qitəni təmsil edən 18 ölkədən 56 xarici təşkilat, 110 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edib.
Şagirdlər yerli və xarici yazıçıların kitabları ilə tanış olub və sərgidən xoş təəssüratlarla ayrılıblar.