Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Vətən Müharibəsi Azərbaycan xalqının yaddaşında ən şərəfli və müqəddəs yerlərdən birini tutur. Xalqımız hər zaman həyatlarını gələcəyimiz üçün fəda edən igidlərimizi unutmamalı, onları xatırlamalı, vətən üçün etdiklərini gənc nəslə çatdırmalıdırlar. Bu məqsədlə 27 sentyabr 2024-cü il tarixində, Anım Günü liseyimizdə şəhidlərimizin xatirəsi bütün ölkəmizdə olduğu kimi bir dəqiqəlik sükütla yad edilib, müxtəlif silsilə tədbirlər həyata keçirilib.