Yaxşı məktəb necə olmalıdır?

"Məktəb" ifadəsi Azərbaycan dilində müxtəlif məzmunları ehtiva edir. Rəhmətlik professor Əliheydər Orucovun ümumi redaktəsi ilə nəşr olunan Azərbayvan dilinin izahlı lüğəti"ndə bu sözün 5 mənası verilib. Bunlardan biri də "cərəyan", "məslək" anlayışıdır. Məsələn, Mirzə Cəlil məktəbi, Sabir məktəbi, Mir Cəlal məktəbi və s. Təhsil sahəsində də bu, həmişə olub.
Bakı şəhərində, eləcə də müxtəlif rayonlarımızda adla tanınan məktəblər olub. Məsələn: Bakıda Nikolayın məktəbi, Həlimə xanımın məktəbi və başqalarının adını çəkmək olar. Bu nümunələr, əlbəttə, indi də var. Həmin nümunələri təbliğ etmək, öyrənmək, qorumaq təhsil rəhbərliyinin prioritetlərindən olmalıdır.
Yaxşı məktəb meyardır, indikatordur. Yaxşı menecer, idarəçi nümunədir, etalondur. Onlar əsas, öndə olmadıqca, korlanma, aşınma həmişə olacaq, problemlər səngiməyəcək. Bizim məktəb modeli, bizim məktəb nümunəsi də yaddaqalan olmalıdır.