Şəhid polkovnik-leytenant Əkrəm Şadmanovun məzarı ziyarət olunub
24 sentyabr 2024 -cü il tarıxdə şəhid polkovnik-leytenant Əkrəm Şadmanovun anım günü keçirilib.
İkinci Fəxri xiyabanda düşmən təxribatı nəticəsində Ağdamda şəhid olan polkovnik-leytenant Şadmanov Əkrəm Yunus oğlunun şəhadətinin ilk ili münasibətilə məzarı ziyarət olunub.
Liseyin müəllim, şagird və valideynləri İkinci Fəxri xiyabanda polkovnik-leytenant Əkrəm Şadmanovun məzarı üzərinə əklil qoyub və məzarı üzərində şəhidin anılarından danışıblar.
Şagirdlər şəhidin məzarı üzərində vətənə və şəhidə həsr olunmuş şeirlər söyləyiblər.
Prezident cənab İlham Əliyevin Sərəncamına əsasən Şadmanov Əkrəm Yunus oğlu sağlığında “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!