“Şəxsi gigiyena qaydaları, qurd invaziyalar” mövzusunda seminar keçirilib

    23 sentyabr 2024-cü il tarixdə liseyin həkimi Leyla Nuriyeva və tibb bacısı Könül Əhmədova “Şəxsi gigiyena qaydaları, qurd invaziyalar” mövzusunda liseyin VI sinif  şagirdləri arasında seminar keçiriblər.

    Seminarda Parazitar xəstəliklərin insan orqanizminə vurduğu zərər və onlardan qorunma yolları haqqında ətraflı danışılıb. Şəxsi gigiyena qaydalarına əməl etmək, qurd xəstəliklərinə yoluxmamaq üçün əsas qorunma üsulları haqqında şagirdlərə məlumat verilib.

    Helmintlər uşaqlarının immunitetinin azalmasına, allergiyaların yaranmasına, mədə-bağırsaq və sinir sistemi pozğunluqlarına səbəb olur. Nəticədə qanazlığı və mikroelement çatmamazlığı yaratmaqla uşağın fiziki və əqli inkişafını ləngidir. Bu baxımdan uşaqların şəxsi gigiyena qaydalarına riayət etməsi vacibdir.

    Təlim zamanı məktəblilərə qurd xəstəliklərinin fəsadları və qorunma üsulları haqqında ətraflı məlumat verilib, uşaqları maraqlandıran suallar cavablandırılıb.

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi