Dərslər maraqlı tədris olunur

    Bugünkü dərslərdən görüntülər ürəkaçan olub. Məmnun şagirdlər, məsuliyyətli müəllimlər, işlək mexanizmi görmək çox sevindiricidir.

    V-Xl siniflərdə Azərbaycan dili, riyaziyyat, Azərbaycan tarixi, coğrafiya, fizika, təbiət, çağırışaqədərki hazırlıq fənlərindən nümunəvi dərslərin keçirilməsində məqsəd metodiki proseslə tanış olmaq, inkişaf mühitinin genişlənməsinə dəstək göstərmək, tədrisin keyfiyyətini daha da artırmaqdan ibarətdir.

    Nümunəvi dərslər zamanı müəllimlərin müasir təlim metodları və təlim üsullarından dərsin məqsədinə uyğun istifadə edilməsi, dərsin keyfiyyətli təşkili və dərs prosesinin təşkilində yüksək nəticələrin əldə olunması müşahidə edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi