Müəllimimizə ARTİ-nin iki sertifikatı və təşəkkürnamə təqdim olunub

Müəllim daima öz peşəkar qabiliyyətini artırmalı, dayanmadan öyrənməli, müasir təhsil yanaşmalarını fəaliyyətində tətbiq etməlidir. Məktəb rəhbəri kimi əsas vəzifələrimizdən birincisi təhlükəsiz təhsil təmin etməkdirsə, digər prioritet müəllimləri bu istiqamətə yönləndirmək, təşviq etməkdir.
Fəaliyyəti liseydə əmək intizamının yüksəlməsində, liseydaxili müsbət emosional mühitin yüksəlməsində, şagird məmnunluğunun artmasında seçilən N.İbrahimxəlilovaya müəllimlərimizdəndir.
Bu gün Nuranə İbrahimxəlilovaya ARTİ-nin iki sertifikatı və təşəkkürnamə təqdim olunub. Müəllimimizi təbrik edirik,uğurlarının davamını gözləyirik.