Musiqi ruhun qidasidır

    18 sentyabr 2024-cü il tarixdə 7b sinfində musiqi müəllumi Gülbəniz Muxtarova Milli Musiqi Gününə həsr olunmuş "Musiqi ruhun qidasıdır" adlı açıq dərs keçirib.

    G.Muxtarova şagirdlərə milli musiqimizin banisi Üzeyir Hacibəyli haqqında məlumat verib və bəstəkarın Azərbaycan mədəniyyətinə verdiyi dəyərli töhfələri şagirdlərin diqqətinə çatdırıb. Azərbaycan musiqisindən, böyük bəstəkarlarının yaradıcılığıından bəhs edib.

    Daha sonra musiqi incilərimiz xatırlanılıb. Şagirdlər musiqi janrları ilə bağlı sual-cavabda aktiv iştirak ediblər. Eyni zamanda Azərbaycan bəstəkarlarının əsərlərini həvəslə ifa ediblər.  "Qaynana", "Arşın mal alan" və digər filmlərdən musiqili fraqmentlərə həm tamaşa ediblər, həm də həmin mahnılarını ifa ediblər.

    Dərsin sonunda Üzeyir Hacıbəylinin "Azadlıq marşı" səslənib.
    Açıq dərsdə informatika müəllimi Nuranə İbrahimxəlilova və Uşaq birliyinin rəhbəri Ətlaz Zeynalova iştirak ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi