İlk dərslər “Yaşıl dünya naminə həmrəylik ili” mövzusuna həsr olunub

    16 sentyabr 2024-cü ildə liseydə "Bilik Günü" qeyd edilib.

    Lİseyimizdə V-XI siniflərində ilk dərslər “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunub.

    Xatırladaq ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.

    Bununla yanaşı, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən olunub.

    Liseydə 2024-2025-ci tədris ilinin ilk zəngi çalınıb. Məktəbin direktoru, filologiya üzrə fəlsəfə doktoru Arif Əsədov yeni tədris ili münasibətilə məktəbin müəllim kollektivini və şagirdləri təbrik edib və onlara uğurlar arzulayıb.

    Sonra söz qonaqlara və direktor müavinlərinə verilib. Onlar da öz təbriklərini şagirdlərə çatdırıb.

    Lİseydə ilk dərslər COP 29-a həsr edilib. Dərslərdə COP 29 barədə şagirdlərə məlumat verilib, vidoeçarxlar nümayiş olunub. Şagirdlər cütlərə bölünüb və öz fikirlərini ifadə ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi