5ç sinfi Suraxanı Gəmi Muzeyində ekskursiyada olublar

    Liseyin 5ç sinfi Suraxanı Gəmi Muzeyində ekskursiyada olublar. Şagirdlər sinif rəhbərləri Şəlalə Ağacanova və valideynlərin nəzarəti ilə muzeyin eksponatları ilə tanış olub, ölkəmizin dənizçilik tarixinə aid maraqlı məlumatlar əldə ediblər.

    Muzeydə dünyaca üç məşhur dəniz mayakının modelləri ilə tanış olmaq imkanı da var. Naviqasiya masasında ziyarətçilər Xəzəzr dənizində üzən gəmilərin marşrutu, xarici kommunikasiya və naviqasiyaları ilə tanışlıq fürsəti əldə edirlər. Burada keçmişə səyahət də mümkündür. Ötən əsrin ortalarına səyahət edən ziyarətçilər gəminin maşın şöbəsində çalışan heyətin gündəlik iş həyatı ilə yaxından tanış olurlar. Gəmi-muzeyin ekspozisiyalarından biri də okean və dənizlərindən yığılan flora və fauna nümunələrinin sərgiləndiyi guşədir.

    Gəmi-muzeydə, həmçinin İkinci Dünya müharibəsi illərində, eləcə də, 1990-cı ilin 20 Yanvar hadisələri zamanı Azərbaycan dənizçilərinin fəaliyyəti yer alıb. Muzeydə Heydər Əliyevin Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin inkişafına göstərdiyi fəaliyyət haqqında interaktiv kitab, Azərbaycan prezidenti İlham Əliyevin dənizçilik sahəsində həyata keçirdiyi layihələri əks etdirən info-monitor var.

    Şagirdlər ekskursiyadan xoş təəssüratla ayrılıblar.   

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi