Dekorativ tətbiqi sənətin qobelen sahəsinə aid açıq dərs keçirilib

    03 iyun 2024-cü il tarixdə liseyin təsviri incəsənət müəllimi Ülviyyə Adıgözəlova 5b sinfində direktor müavini Gunay Çəndirli, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Zeynəb Qasımova və təlim-tərbiyə işləri üzrə direktor müavini Sevinc Hüseynovanın iştirakı ilə dekorativ tətbiqi sənətin qobelen sahəsinə aid açıq dərs keçirib. 

    Şagirdlər əvvəlcə krassvordla dərsin adını aşkar ediblər. Sonra mövzu haqqında kiçik məqalələr oxunub və yeni dərsə aid motivasiya suallarına cavab veriblər. Komandanın kapitanları digər komandalara keçərək yeni bilikləri müzakirə və mübadilə ediblər. Hər komanda yaradıcı fəaliyyətlə məşğul olaraq sadə təsvir çəkiblər.

    Sonda rəsm üzrə və qrup işi üzrə qalib komandalar elan edilib və həvəsləbdirici hədiyyələrlə qiymətləndiriliblər. Dərs şagirdlərin marağına səbəb olub və qobelen sənətinə maraqlarını artırıb. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi