İcbari tibbi sığorta haqqında təlim keçirilib
Liseyin akt zalında İcbari tibbi sığortanın əməkdaşı tərəfindən liseyin müəllimləri və valideynləri üçün təlim keçirilib.
Təlimdə icbari tibbi sığorta haqqında ümumi məlumat, icbari tibbi sığorta haqları, icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə təminata alınan tibbi xidmətlər haqqında, TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin tabeliyindəki elmi-tədqiqat institutları, özəl tibb müəssisələrində icbari tibbi sığortadan istifadə qaydası, sağlam həyat tərzinin təbliği və s haqqında ərtaflı məlumat verilib.
Sonda müəllim və valideynlərin sualları cavablandırılıb.