Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Mühəndislərin İnkişafına Dəstək” İctimai Birliyi “İxtisasını düzgün seç – Mühəndis ol!” adlı layihənin tədbirlərini davam etdirir

    29 may 2024-cü il tarixində layihə çərçivəsində Bakı  şəhəri, Nərimanov rayonu, Azad Hümbətov adına 291 nömrəli Ekologiya liseyində 10 və 11-ci sinif şagirdləri üçün tədbir keçirilib.

    Tədbirdə çıxış edən layihə rəhbəri Əli Babazadə şagirdlərin özlərinə uyğun ixtisas seçiminin önəmindən, onların təhsillərinə, gələcək karyeralarına necə vacib təsir göstərdiyindən danışıb. İxtisas seçimi edərkən hansı nüanslara diqqət etmələri, tələbə adını qazandıqdan sonra özlərinə uğurlu gələcək qurmaları üçün hansı addımları atmaları, nələri öyrənmələri olduqları barəsində məlumat verib.

    Daha sonra təlimçi Pərvanə Babayeva mühəndislik ixtisasları haqqında geniş məlumat verib: hansı mühəndislik ixtisasının gördüyü işlər nələrdir, gələcək perspektivləri nələrdir, hansı universitetlərdə tədris olunur və s.

    Tədbirin gedişatında hal-hazırda tələbə və müxtəlif təcrübə proqramlarının qalibi – Rəhimə Kərimova şagirdlərə tələbəlik həyatından, necə uğur qazanmasından, təcrübə proqramlarında iştirakından danışıb. Şagirdlərə öz tövsiyələrini verib.

    Tədbirdə 30 nəfər 10 və 11-ci sinif şagirdləri iştirak etmişdir. İştirakçılara layihə çərçivəsində dəftərxana ləvazimatları (layihənin bloknotu və qələm) paylanıb.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi