Şagirdlərimiz muzeylərə ekskursiya ediblər

    Məktəblilərin muzeylər həftəsi proqramı çərçivəsində liseyin Gənc Diyarşünas dərnəyinin üzvləri olan 5-ci sinif şagirdləri sinif rəhbəri Bayramova Arzu və dərnək rəhbəri Aynurə Həsənova rəhbərliyi ilə Muzey Mərkəzində Azərbaycan İstiqlal muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və C.Cabbarlının ev-muzeyinə ekskursiya gediblər.

    Ekskursiya zamanı şagirdlər İstiqlal muzeyində tariximizin ən vacib nümunələri haqqında ətraflı məlumat alıblar. 

    Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində zəngin ekspozisiyalarla tanış olub. C.Cabbarlı haqqında da məlumat alıblar. Eksponatların sərgiləndiyi otaqlarda ədibin həyat və yaradıcılığını əks etdirən sənədlər və fotoşəkillər, sağlığında istifadə etdiyi özünə və ailəsinə məxsus şəxsi əşyaları, ayrı-ayrı dram əsərlərinə hazırlanmış səhnə maketləri nümayiş etdirilir. Həmçinin dramaturqa şəxsiyyətlərin bağışladığı hədiyyələr, C. Cabbarlı irsini tədqiq edən maraqlı elmi əsərlər ekspozisiyanı zənginləşdirir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi