Qalib inşa və rəsm əsəri

26 fevral – Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş “Müharibə uşaqların gözü ilə” mövzusunda Nərimanov rayon məktəbliləri arasında keçirilmiş inşa – yazı müsabiqəsində 10 cu sinif şagirdi Fərqanə Əmiraslanlı II yeri tutmuşdur.Bakı şəhəri məktəbliləri arasında “Xocalısız 25 il” mövzusunda keçirilən rəsm müsabiqəsində müxtəlif yaş qruplarından liseyin 8 şagirdi iştirak etmişdir. Bu şagirdlər arasından 11-ci sinif şagirdi İnci Qurbanovanın işi yüksək qiymətləndirilərək 1-ci yerə layiq görüldü. 600-ə yaxın sərgilənən rəsmlərdən 8 şagirdin işi mükafata layiq görülmüşdür, onlardan biri də İnci Qurbanovanın çəkdiyi rəsm əsəri idi. Çünki o 25 ilin ağrı-acısını bu rəsm işində cəmləyə bilmişdi. Bu illər ərzində gözü yaşlı ana bacılarımızı qara örpəkli cavan bir qadın obrazında ifadə etməyi bacarmışdır. 27.02.2017-ci il tarixində AzTv –nin “Səhər” verlişində digər qaliblərlə yanaşı İ.Qurbanovanın da çəkdiyi rəsm əsəri işıqlandırıldı və ondan müsahibə götürüldü.Şagirdlərimizi təbrik edirik və “Qələbə” mövzusunda keçiriləcək müsabiqələrdə qalib olmalarını arzulayırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi