Narkomaniyaya qarşı maarifləndirici tədbir

Liseydə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” çərçivəsində tədbirlərin keçirilməsi davam edir. 27.02.2017-ci il tarixdə liseydə məktəblilərin asudə vaxtının səmərəli keçirilməsi, zərərli vərdişlərdən uzaqlaşdırmanın təmin olunması məqsədilə 10 və 11-ci sinif şagirdlərinin iştirakı ilə maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə Nərimanov RPİ-nin bölmə rəisi, mayor R.Rüstəmov və Yeniyetmələrlə iş üzrə bölmə inspektoru, polis kapitanı A.Əzimov çıxış edərək zərərli vərdişlərin törətdiyi fəsadlardan söz açmış, statistik rəqəmlərə əsaslanaraq onlardan zərərçəkənlərin və dünyasını dəyişənlərin sayını açıqlamışlar.Tədbirin sonunda liseyin direktoru K.Mirzoyeva şagirdlərin zərərli vərdişlərdən uzaqlaşdırılmasında təhsil ocaqlarının istisna rolundan söhbət açdı və qonaqlara şagirdlərə verdikləri dəyərli məsləhətləri üçün, apardıqları maarifləndirmə işləri üçün öz təşəkkürünü bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi