"Elektrik cərəyanının gücü" mövzusunda açıq dərsi keçirilib
22 may tarixində liseyin fizika müəllimi Ətrabə Qaybalıyeva məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Zeynəb Qasımova, təlim-tərbiyə işləri üzrə direktor müavini Sevinc Hüseynovanın iştirakı ilə 8a sinfində "Elektrik cərəyanının gücü" mövzusunda açıq dərsi keçirib.
Şagirdlər açıq dərsdə elektrik cərəyanının gücü haqqında məlumat əldə edib, həmçinin elektrik cərəyanının gücünə aid məsələlər həll ediblər.
Mövzuya maraq yaratmaq məqsədilə dərslikdə verilən suallardan istifadə olunub.
Daha sonra mövzuya keçid edilib. Şagirdlər mövzu haqqında məlumat əldə etdikdən sonra qruplara bölünərək mövzuya aid məsələləri həll ediblər. Düzgün cavablar müzakirə edilib. Qiymətləndirmə aparılıb.
Yekunda mövzunun sonundakı tapşırıqlar ev tapşırığı kimi verilib.