Sudaboğulma, yanğın, qaz təhlükəsi zamanı davranış qaydaları və təxliyə ilə bağlı dərslər keçirilib

    13 – 16 may tarixlərində liseyin Rəqəmsal bacarıqlar fənn müəllimləri Sitarə Salahova və Səriyyə Rəhimova 5c və 6c sinif şagirdləri ilə “Fövqəladə hallar zamanı davranış qaydaları” ilə bağlı maarifləndirmə dəsrləri keçiriblər.

    Dərslərdə sudaboğulma, yanğın, qaz təhlükəsi zamanı davranış qaydaları və təxliyə ilə bağlı təqdimatlar göstərilib. Həmçinin dərslərdə şagirdlərə yanğınsöndürmə vasitələrindən istifadə qaydaları haqqında ətraflı məlumatlar verilib.

    5c sinif şagirdləri Həmzətov Murad “Yanğının yaranma səbəbləri”, Abbaslı Nicat “Dəm qazı nədən yaranır”,  Bağırlı Elay ”Yanğınsöndürmə balonları”, 6c sinif şagirdləri Məhərrəmli Mikayıl “CO nədir?”, Cəfərli Adnan “ Sudaboğulma zamanı ilk yardım”,  Xəlilov Camal “Təbii fəlakətlər zamanı davranış qaydaları”, Məlikova Emiliya və Nəbizadə Esmira “Dəm qazı və yanğınlar” kimi mövzularda təqdimatlar hazırlayıblayıb nümayiş etdiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi