“Sudaboğulma,yanğın, dəm qazı təhlükəsi zamanı davranış qaydalarına” aid tədbir keçirib
06-16 may tarixində liseydə maarifləndirici tədbir uşaq və gənclərin fövqəladə hallar zamanı (sudaboğulma, yanğın, dəm qazı təhlükəsi) davranış qaydalarına dair maarifləndirmə tədbiri planına əsasən maarifləndirici tədbir keçirib. Liseyin informatika müəllimi Nuranə İbrahimxəlilova bu tədbirdə çox fəal iştirak edib. O, dərs dediyi V-IX siniflərdə “Sudaboğulma,yanğın, dəm qazı təhlükəsi zamanı davranış qaydalarına” aid təqdimat və ya videoçarx hazırlamağı tapşırıq verib.
Şagirdlər mövzuya aid təqdimat və ya videoçarxları təqdim edərkən maraqlı və vacib informasiyalar əldə etdiklərini söyləyiblər. Hazırlanan təqdimat və videoçarxlar çox maraqla nümayiş etdirilib.
Sonda Nuranə İbrahimxəlilova sözügedən maarifləndirici tədbirin nə qədər əhəmiyyətli olduğunu və qaydalara riayət edilməsinin vacibliyini vurğulayıb.