"Reproduktiv sağlamlıq-Erkən nigah və qohumlararası nigahın fəsadları" mövzusunda qrup-maarifləndirici iş aparılıb
Araz Hümbətov adına 291 saylı Ekologiya liseyinin psixoloqu Cəfərova İradə tərəfindən "Reproduktiv sağlamlıq-Erkən nigah və qohumlararası nigahın fəsadları" mövzusunda VIII-IX sinif şagirdləri ilə birgə qrup-maarifləndirici iş aparılıb.
Söhbət zamanı "Ailə nədir? Ailənin dəyərləri sağlam ailənin təməlləri nələrdir?" haqqında sagirdlərlə diskussiyalar aparılıb. Erkən ailə quran qızların hansı fizioloji və psixoloji problemlərlə üz-üzə qaldıqlları barədə praktik biliklər paylaşılıb.
Eyni zamanda qohumlararası nigah zamanı doğulan uşaqlarda hansı xəstəlik risqləri var və bunun sağlam ailəyə nə kimi mənfi təsirləri ola bilər haqqında şagirdlərə tibbi və psixoloji məlumatlar verilib.
Qeyd olunan məsələlərin ailənin hətta dağılması ilə belə nəticələnə biləcəyi faktı vurğulanıb və bu da təbii ki, övladların psixologiyasında hansı travmalara yol aça biləcəyi haqqında maarifləndirici məlumatlarla ümumi cəmiyyət olaraq nə kimi problemlərlə üzbəüz qala bilərik haqqında ətraflı diskussiya aparılıb.