Qələbə Gününə həsr edilmiş açıq dərs keçirilib

    Azərbaycanın faşizm üzərində qələbədə rolunu müəyyən etmək üçün liseyin tarix müəllimi Ziyafyat Nəcəfova 7a sinfində açıq dərs keçirib. Dərsin məqsədi şagirdlərdə tarixi savadı və vətənpərvərlik hisslərini inkişaf etdirmək, müharibə illərində baş vermiş tarixi hadisələrə mənsubluq hissini formalaşdırmaq, şagirdləri faşizm üzərində qələbədə böyük xidmətləri olmuş tarixi şəxsiyyətlərlə tanış etməkdir.

    1945-ci il mayın 9-u faşizm üzərində qələbə ilə başa çatıb və dünya tarixinə Qələbə Günü kimi daxil olubdur. Qələbə Günü postsovet ölkələri və İkinci dünya müharibəsində iştirak etmiş digər dövlətlərdə qeyd olunur. Azərbaycan xalqı İkinci dünya müharibəsində həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərib.

    Belə ki, 1941–1945-ci illərdə Azərbaycanın 700 mindən çox igid oğlu və qızı cəbhəyə yollanıb. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçibdir. Bir çox tarixi mənbələrdən əldə olunan açıqlamalar onu deməyə əsas verir ki, Azərbaycandan olan hərbçilərin və neftçilərin, ümumilikdə Azərbaycan xalqıın qəhrəmanlığı və qorxmazlığı faşizm üzərində qələbədə mühüm rol oynayıbdır.

    Faşizm üzərində qələbənin təmin edilməsində həlledici rol oynamış sovet ordusunun tank və təyyarələrin böyük əksəriyyəti Azərbaycan neftinin hesabına hərəkətə gətirilir. Bakı nefti olmasaydı, bu müharibədə hərbi əməliyyatları uğurla başa çatdırmaq mümkün olmazdı. Bir sözlə, bütün dünya Azərbaycan xalqının cəsarətinin və qəhrəmanlığının şahidi olmuşdur.

    Bu məqsədlə şagirdlərə mövzu ilə əlaqədar suallar təqdim olunub. Şagirdlər komanda şəklində sualları cavablandırıblar. Hər komanda digər komanadanın cavablarını qiymətləndirib.

    Sonda mövzuya uyğun videoçarx nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi