Gül bayramı

09.05.2015 - ci ildə Nərimanov rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 92- ci ildönümünə həsr edilmiş möhtəşəm gül bayramı keçirildi. Ekologiya liseyidə yüksək səviyyədə hazırlaşıb bu bayrama qatılaraq öz töfhəsini təqdim etdi. Təzə- tər çiçəklərdən hazırlanmış Azərbaycan Respublikasının xəritəsi, Bakı - Tibilisi -Ceyhan qaz kəmərinin , Heydər Əliyev mərkəzinin maketləri bayram iştirakçılarının böyük marağına səbəb olurdu. Müxtəlif güllərin təsvir edən geyimlər və onlar haqqında səliqəli yazılıb çərçivəyə alınmış məlumatlarda diqqətdən kənarda qalmırdı. Xatırlatmaq lazımdır ki, nominasiyalara görə tələb olunan hər bir iş yüksək məsuliyyət və keyfiyyətlə hazırlanmışdı. Şagirdlərin təqdim etdiyi M. Şimşəyin "Azərbaycanda" şeiri bədii qiraət nümunəsi olaraq görülən işlərə gözəl bir yükun vurdu. Bakı şəhəri İH nümayəndələrindən ibarət münsiflər heyəti liseyin gül bayramına hazırlığını müsbət qiymətləndirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi