Liseydə iməclik keçirildi

09.05.2015-ci il tarixində liseydə ümumilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı silsilə tədbirlərin davamı olaraq iməclik keçirilmişdir. İməclikdə liseyin həyətyanı sahəsində təmizlik və abadlıq işləri aparılmış, ağacların dibi bellənib, suvarılmış, gül və tinglər əkilmişdir.Bütün şagird və müəllimlərin böyük həvəslə bu tədbirdə iştirakı ulu öndərimizə olan sonsuz məhəbbət rəmzidir.