"Şagird özünü idarəetmə günü" keçirilib

    26 aprel tarixdə liseyimizdə "Şagird özünü idarəetmə günü" keçirilib.

    Bu günün keçirilməsində məqsəd şagirdlərin idarəetmə səriştələrini artırmaq, müstəqil qərarvermə, problem həlletmə, innovasiyaları tətbiqetmə bacarıqlarını inkişaf etdirmək, onlarda məsuliyyət hissini yüksəltmək, müsbət dəyərlərin daha sistemli tərbiyəsini həyata keçirməkdir.

    Şagird özünü idarə günündə liseyə rəhbərlik şagirdlər tərəfindən həyata keçirilib.

    Eyni zamanda hər bir sinifdə dərslər fənn müəlliminin nəzarəti ilə şagirdlər tərəfindən tədris edilib.

    Dərslər bitdikdən sonra liseyin akt zalında şagird müəllimlərin pedaqoji şurasının iclası keçirilib.

    Liseyin şagird rəhbərləri izlədikləri dərslər, liseydə təlimin və idarəetmənin keyfiyyəti, arzu və istəkləri, təkliflərini pedaqoji şurada bildiriblər.

 

 

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi