Risq qrupuna daxil olan şagidlərlə söhbətlər aparılır

    Liseyinin psixoloqu İ.Cəfərova tərəfindən risq qrupuna daxil olan şagidlər müəyyən edilir və onlar üzərində  inkişafetdirici işlər aparılır. Boşanmış ailənin, valideynlərindən birini, ya hər ikisini itirmiş, fiziki xəstəliyi olan, davranış pozuntusu olan şagirdlər həssas qrupa daxil olan şagirdlərdir. Risq qrupuna daxil olan şagirdlərlərlə aparılan işlərə onların valideynləri ilə mütəmadi məlumatların alınması və maarifləndirici tövsiyyə xarakterli məsləhətlərin verilməsi öncül xarakter daşıyır. Risq qrupu şagirdlərin sinifləri ilə kompleks işlər aparılır. Müəllimləri və sinif rəhbərləri ilə mütəmadi əlaqə saxlanılır, məlumat mübadiləsi edilir və qarşılıqlı işlər aparılır.

    Şagirdlərin özləri ilə motivasiyaedici söhbətlər aparılır,qrup işlərinə cəlb olunur və müxtəlif metodikalarla onların problemlərinə yaxından dəstək verilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi