"Füzuli sözünün sehri" adlı tədbir keçrilib

    24.04.2024-cü il tarixdə liseyin UBTR-i Ə.Zeynalova və musiqi müəllimi G.Muxtarovanın təşkilatçılığı ilə M.Füzulinin  530 illik yubileyinə həsr olunmuş "Füzuli sözünün sehri" adlı tədbir keçrilib.

    Tədbir Ü.Hacıbəyovun "Leyli və Məcnun" operasına yazdığı uvertura ilə başlanıb.
    Liseyin müsiqi müəllimi G.Muxtarova  M.Füzulinin qəzəllərinin musiqidə təcəssümü haqda məlumar verib. Sonra şairin qəzəllərinə yazılmış musiqiləri səsləndirib.

    Azərbaycan dili və ədəbiyyat müəllimi T. Məmmədova və UBTR-i Ə. Zeynalova şairin "Söz" qəzəlini səsləndiriblər.

    Liseydə təcrübə keçən N.Tusi adına ADPU-nin filologiya fakultəsinin tələbələri də tədbirdə iştirak ediblər. Gülər Qasımova M.Füzulunin "Vətənimdir, vətənim"  qəzəlini məharətlə səsləndirib.
    Tədbirdə iştirak edən müəllimlər Füzuli irsinin qiymətli bir söz xəzinəsi olduğunu qeyd ediblər və yubley münasibətilə tamaşaçıları təbrik ediblər. 
    Tədbir liseyin "Dəniz" xor qrupunun ifasında "Füzuli" kantatası ilə sona çatıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi