M. Füzulinin "Meyvələrin söhbəti" alleqorik hekayəsi təqdim olunub

    23 aprel 2024-cü il tarixdə liseyin UBTR-i Ə.Zeynalovanın təşkilatçılığı ilə  5a sinfində M. Füzulinin 530 illik yubileyinə həsr olunmuş tədbir keçrilib.

    Tədbirdə liseyin rəhbərliyi, beşincilərin müəllimləri və onların valideynləri iştirak ediblər.
    Tədbirdə dahi şairin "Meyvələrin söhbəti" alleqorik hekayəsi təqdim olunub. Şagirdlər maraqla hər bir meyvənin  xarakterini açmağa çalışıblar.

    "Meyvələrin söhbəti" alleqorik hekayəsinə aid təqdim edilən səhnəcik şən rəqslə sona çatıb.
    Sonda Məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Z. Qasımova, sinif rəhbəri Arzu Bayramova və digər müəllimlər çıxış edərək şairin yaradıcılığından söz açıblar. 

   

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi