"Yer kürəsi" gününə həsr olunmuş tədbir keçirilib

    23 aprel 2024-cü il tarixində liseydə "Yaşıl dünya naminə həmrəylik ili" və "Yer kürəsi" gününə həsr olunmuş tədbir keçirilib.

    Tədbirdə məktəbin biologiya müəllimi Sədaqət Əliyeva, 7b sinif şagirdləri, Ekoklubun rəhbəri Mətanət Qasımova və rəhbərlik etdiyi "Bal ariları" ekoklub üzvləri iştirak ediblər.

    Şagirdlər məktəb həyətinin müəyyən hissəsini əkin sahəsi üçün hazırlayıblar. Əvvəlcə şumlayıb, sonra gübrə, peyin və əlavə münbit torpaq töküblər.

    Sonra həmin sahəyə müxtəlif növ dekarativ güllər və toxum əkib ,suvarıblar.

    Həmçinin, şagirdlər rəngli dibçəklərdə müxtəlif növ otaq bitkiləri-ətirşah, kalanxoe,kaktus, fikus, beqoniya, əzvay və s.əkiblər.

    Tədbirin məqsədi siniflərdə otaq bitkilərinin sayını artırmaq və məktəbyanı sahənin yaşıllaşdırmaqdan ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi