“EkoSfera” Ekoloji - Sosial Mərkəz İctimai Birliyinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Elm və Təhsil Nazirliyi və “EkoSfera” Ekoloji - Sosial Mərkəz İctimai Birliyinin birgə təşkilatçılığı ilə məktəblilər üçün ağacəkmə aksiyası keçirilib.

    “EcoGreenAction” layihəsi çərçivəsində keçirilən ağacəkmə aksiyasının məqsədi indiki və gələcək nəsillər üçün daha dayanıqlı və ekoloji təmiz gələcək, təhsil, təbliğat, innovasiya və əməkdaşlıq kimi təşəbbüsləri özündə birləşdirən ekoloji dayanıqlılıq, yaşıl zonaların bərpası və genişləndirilməsi, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verərək gəncləri ətraf mühitin mühafizəsində aktiv iştiraka təşviq etməkdir.

    22 Aprel - Beynəlxalq Yer Günü ilə əlaqədar keçirilən aksiya çərçivəsində 200 nəfər məktəbli, gənc təbiətsevərlər, tələbələr, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və “EkoSfera” Ekoloji - Sosial Mərkəz İctimai Birliyinin gənc könüllülərinin iştirakı ilə Qaradağ rayon Müşfiqabad qəsəbəsində 500 ağac əkilib.

    Liseyimiz Eko klubunun "Bal arıları" üzvləri də bu aksiyada iştirak ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi