"Təbiəti qoruyaq" adlı intellektual yarışma təşkil olunub

    20 aprel 2024 cü il tarixdə Elm və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi Publik Hüquqi şəxsin İntellektual İnkişaf şöbəsinin təşkilatçılığı ilə Natiq Tağıyev adına 212 nömrəli məktəbdə " Yaşıl dünya naminə Həmrəylik ili" münasibətilə və " Yer günü" nə həsr olunmuş "Təbiəti qoruyaq" adlı intellektual yarışma təşkil olunub. Yarışmada 4 komanda və hər komandada 5 iştirakçı olmaqla ümumilikdə 20 məktəbli iştirak edib.

    İntellektual yarışma 3 mərhələdən ibarət olub. İlk mərhələdə komandalara təbiət və ətraf mühitin qorunması haqda 15 sual verilib.Ən az xal toplayan komanda ələnib.

    İkinci mərhələyə kecən 3 komandaya bitkilərin şəkilləri verilməklə krassvord həll olunması tapşırılıb. Krassvordda az cavab yazan komanda ələnib.

    Ən son mərhələyə keçid alan 2 komandaya bitkilər və canlılar aləmi ilə bağlı şəkilli rebuslar verilib. Daha çox rebusun cavabını tapan komanda qalib komanda hesab olunub.

    Qalib komandanın üzvləri Mərkəzin diplomları ilə,digər iştirakçılar isə fəal iştirakına görə sertifikatlarla təltif olunublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi